Bişkekdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının toplantısı başladı

Qırğızıstanın paytaxtı Bişkekdə bu il 13-cü dəfə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının toplantısı öz işinə başlayıb

1864969
Bişkekdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının toplantısı başladı
TDT.3.jpg
TDT.1.jpg

 

  Qırğızıstanın paytaxtı Bişkekdə bu il 13-cü dəfə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının toplantısı öz işinə başlayıb.

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırımın sədrliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdat Amreyev, şuranın Qırğızıstan üzrə nümayəndəsi Medekan Şerimkulov, Azərbaycan təmsilçisi Həsən Həsənov, Qazaxıstandan İkram Adırbek, Özbəkistandan Bəxtiyar Sayfullayev, Türkmənistandan Rəcəb Bazarov iştirak edirlər.

  B.Yıldırım çıxışında deyib: “Noyabrın 11-də Özbəkistanda TDT sammiti olacaq. Ondan əvvəl sentyabrın 29-dan oktyabrın 2-dək Türkiyənin Bursa rayonunun İznik qəsəbəsində Dünya Köçəri Oyunlarını keçirəcəyik. Məqsədimiz bu oyunları bütün dünya ölkələrinə yaymaq və bununla da mədəni-tarixi birliyimizi daha da gücləndirməkdir.

  Dünya Köçəri Oyunları gələcəkdə türk dövlətləri və türk dünyası üçün bir olimpiadaya çevrilə bilər.

  Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədov da TDT-nin Ağsaqqallar Şurasına daxil edilib. Onun nümayəndə heyətimizə gəlməsi gücümüzə güc qatacaq.”

  Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdat Amreyev isə öz çıxışında Avrasiya coğrafiyasının problemlərinə diqqət çəkib: “Dünyanın və bölgəmizin üzləşdiyi təhdid və çağırışlar qardaş türk dövlətlərinin bir-biri ilə əməkdaşlığını daha da inkişaf etdirməyə ehtiyacı ortaya qoyur”.



Әlaqәli Xәbәrlәr