Şimali Koreyada epidemiya ilə mübarizə üçün orduya vəzifə tapşırılıb

Şimali Koreya lideri Kim Çen In koronavirus səbəbiylə 50 nəfərin öldüyü elan edilən ölkədə pandemiya ilə mübarizə üçün orduya tapşırıq verib.

1827195

Pxenyan idarəsi 1 milyondan çox insanın "qızdırma" ilə xəstələndiyini açıqlayıb.

Ölkə lideri Kim Çen In ölkədəki səhiyyə orqanlarını, xüsusən də dərmanların paylanması məsələsində epidemiyanın qarşısının alınmasında yetərsiz olduqlarını əsas gətirərək onları kəskin dillə tənqid edib.

Orduya paytaxtda "dərman təminatını sabitləşdirmək üçün" işə başlamaq əmri verilib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, mayın 15-nə olan məlumata görə, ölkədə 1 milyon 213 mindən çox “qızdırma” aşkarlanıb.

Xatırladaq ki, mayın 8-də Şimali Koreya hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib.

Әlaqәli Xәbәrlәr