“Bizi inandırmağa gələcəklər, yorulmasınlar”, R.T.Ərdoğan

Qeyd edək ki, İsveç və Finlandiya xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto ölkələrinin NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə gələcəklərini açıqlayıblar

1827826
“Bizi inandırmağa gələcəklər, yorulmasınlar”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-ya üzvlük prosesləri ilə bağlı danışıqlar aparmaq üçün 23 mayda Türkiyəyə gələcəkləri bildirilən Finlandiya və İsveç nümayəndə heyətləri ilə bağlı “Bizi razı salmağamı gələcəklər? Bağışlasınlar, yorulmasınlar” dedi.

  R.T.Ərdoğan paytaxt Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyədə əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə keçirdiyi birgə mətbuat konfransında İsveç və Finlandiya ilə bağlı mövzuda açıqlama verərək deyib: “Hər iki ölkənin terror təşkilatlarına qarşı mövqeləri birmənalı deyil. Bizi inandırmağa gələcəklər, bağışlasınlar, yorulmasınlar. Türkiyəyə sanksiya tətbiq edənlərin bu müddət ərzində bir təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olması üçün biz "hə" deyə bilmərik”.

  Qeyd edək ki, İsveç və Finlandiya xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto ölkələrinin NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə gələcəklərini açıqlayıblar.



Әlaqәli Xәbәrlәr