Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (6 may 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1823187
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (6 may 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.Azərbaycanda indiyədək ümumilikdə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 52 nəfərdir.

Ölkədə son sutka ərzində 2 556, hazırkı dövrədək isə 6 829 482 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 4 242 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 391, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 062, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 344 nəfərdir.Vurulan vaksinlərin ümumi sayı 13 663 010, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 526, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 239 094, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 077 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr