Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (5 may 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1822565
Azərbaycanda "Covid-19"la bağlı vəziyyət (5 may 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 11 yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 839 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 903, bu günə qədər isə ümumilikdə 6 milyon 826 min 926 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 5046 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 527, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 523, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3645, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 351 nəfərdir.Vurulan vaksinlərin ümumi sayı 13 658 768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 236 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 733 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr