Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1769404
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 yanvar 2022)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 3361 yoluxma faktı qeydə alınıb, 1132 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 643 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 620 min 182 nəfər müalicə olunaraq sağalıb, 8 min 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 663 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 923, bu günə qədər isə ümumilikdə 6 milyon 107 min 416 test icra olunub.

Yanvarın 27-də Azərbaycanda 29 min 515 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2201, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 749 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 905 min 588, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 222 min 566, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 736 min 905 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 946 min 117 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr