Tokayev: "Hadisələr ədalətsizlikdən qaynaqlandı"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən son hadisələrin zənginlərlə yoxsullar arasındakı uçurumun qəbuledilməz həddə çatmasından qaynaqlandığını bildirib.

1766400
Tokayev: "Hadisələr ədalətsizlikdən qaynaqlandı"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən son hadisələrin zənginlərlə yoxsullar arasındakı uçurumun qəbuledilməz həddə çatmasından qaynaqlandığını bildirib.

Tokayev iş dünyasının nümayəndələri ilə görüşündə bildirib ki, ayın əvvəlində ölkə boyu baş verən iğtişaşlar illər ərzində yığılıb qalmış problemləri ortaya çıxarıb.

Hazırda dövlətin qarşısında sosial quruluşu əsaslı şəkildə dəyişdirmək kimi strateji vəzifənin dayandığını bildirən Tokayev deyib:

“Varlılarla kasıblar arasında uçurum qəbuledilməz həddə çatıb”.

Tokayev ölkədə iğtişaşların sosial bərabərsizlikdən qaynaqlandığına diqqət çəkərək, “Bu vəziyyətdən terrorçu silahlılar və onların arxasında duran sui-qəsdçilər sui-istifadə edib” deyib.

Beynəlxalq tədqiqat şirkətlərinin Qazaxıstandakı sərvətin yarısının cəmi 162 nəfərin əlində olması ilə bağlı iddialarını təsdiqləyən Tokayev ölkədə istedadlı sahibkarların imkanlarını məhdudlaşdıran və bu sahədə mövcud olan oliqopoliya sisteminin təcili dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Tokayev ölkədə siyasi transformasiya siyasətini davam etdirəcəyini bəyan edib:

"Mən cəmiyyətin modernləşdirilməsi və siyasi transformasiya siyasətini davam etdirəcəyəm. İslahatların istiqaməti aydındır. Bu, azad bazara, sosial yönümlü çoxşaxəli iqtisadiyyata keçiddir".



Әlaqәli Xәbәrlәr