Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 yanvar 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1765252
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 yanvar 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 628 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 023 nəfər müalicə olunaraq sağalıb, 8 550 nəfər vəfat edib, aktiv xəstə sayı 9 593 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 344, ötən müddət ərzində isə ümumilikdə 6 028 671 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 28 097 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 802 727 təşkil edir.



Әlaqәli Xәbәrlәr