Qazaxıstanda yeni Nazirlər Kabinetinin ilk iclası keçirilib

Qazaxıstanda yeni Nazirlər Kabinetinin ilk iclası Baş nazir Alixan Smailovun sədrliyi ilə keçirilib.

1761595
Qazaxıstanda yeni Nazirlər Kabinetinin ilk iclası keçirilib

Qazaxıstanda yeni Nazirlər Kabinetinin ilk iclası Baş nazir Alixan Smailovun sədrliyi ilə keçirilib.

Yığıncaqda Prezident Kasım-Jomartın Tokayevin verdiyi tapşırıqlar əsasında 3 həftə ərzində həyata keçirilməsi vacib olan 2022-ci il Fəaliyyət Planının əsas mövzuları müəyyən edilib.

Baş nazir Smailov bildirib ki, hökumət qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün istənilən səyləri göstərəcək.

Smailov vurğulayıb ki, təhlükəsizlik institutlarının yenidən qurulması və ordunun müdafiə qabiliyyətinin artırılması istiqamətində işlərə ən qısa zamanda başlanılacaq.

Görülən işlər Təhlükəsizlik Şurasının növbəti iclasında qiymətləndiriləcək.



Әlaqәli Xәbәrlәr