Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

1761082

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Azǝrbaycan Xarici İşlǝr Nazirliyindǝn verilǝn bǝyanatda deyilir: ‘‘Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik’’.

Bǝyanatda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində bir Azǝrbaycan ǝsgǝri şǝhid olub.

Әlaqәli Xәbәrlәr