Beş nəfər erməni hərbçi qarşı tərəfə qaytarılıb

Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan Respublikasının vasitəçiliyi ilə beş nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

1754442

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Həmin şəxslər 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmış erməni əsilli hərbi qulluqçulardır. 

Dövlət Komissiyasından bildirilib ki, 2021-ci il noyabrın 26-da, dekabrın 4-də və 19-da da Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.

Әlaqәli Xәbәrlәr