Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1749204
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (17 dekabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 755 yoluxma faktı qeydə alınıb, 1671 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 608 min 815 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 583 min 914 nəfər müalicə olunaraq sağalıb, 8 min 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 734 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 804, bu günə qədər isə ümumilikdə 5 milyon 729 min 433 test icra olunub.

Dekabrın 17-də Azərbaycanda 27 min 321 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 611 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 20 min 552 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 17 min 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 134 min 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 634 min 404 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 248 min 508 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr