Azərbaycan Ordusu PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Türkiyə istehsalı Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

1742091

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyənləşdirilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Әlaqәli Xәbәrlәr