Azərbaycanda hərbi vertolyot qəzaya uğradı

Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə...

1740722
Azərbaycanda hərbi vertolyot qəzaya uğradı

Azətrbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan və yaralanan hərbi qulluqçuların adlarını açıqlayıb.

DSX-nin mətbuat mərkəzinin məlumatına görə, həlak olan və yaralanan hərbi qulluqçuların siyahısı belədir:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

xxx

Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid hərbi vertolyot qəzaya uğradı.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, qəza yerli saatla 10.40 radələrində Xızı bölgəsindəki Qaraheybət hava təlim sahəsində meydana gəlib.

Vertolyot heyətindən ölən və yaralananlar var.

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq nümayəndələri hadisə yerinə gedib. Qəza ilə bağlı istintaq başlayıb.



Әlaqәli Xәbәrlәr