Ərdoğanın Əliyevlə görüşü olub

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri başa çatıb.

1739836
Ərdoğanın Əliyevlə görüşü olub

Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində  Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində İran Prezidenti İbrahim Rəisi ilə də görüşüb.

Mətbuata qapalı keçən yarım saatlıq görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan daha sonra Tacikistan prezidenti İmaməli Rəhman, Pakistan prezidenti Arif Alvi ilə də görüşüb.

Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri noyabrın 28-də başa çatıb.



Әlaqәli Xәbәrlәr