Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1739817
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1662 yoluxma faktı qeydə alınıb, 2391 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 585 min 783 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 551 min 724 nəfər müalicə olunaraq sağalıb, 7 min 807 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 252 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 369, bu günə qədər isə ümumilikdə 5 milyon 521 min 070 test icra olunub.

Noyabrın 28-də Azərbaycanda 26 min 530 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində 3011 nəfər birinci, 4406 nəfər ikinci mərhələ üzrə, 19113 nəfər isə “buster” doza ilə peyvənd edilib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 863 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 512 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr