Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 noyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1739611
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 noyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1617 yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 584 min 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 min 333 nəfər müalicə olunaraq sağalıb, 7 min 789 nəfər vəfat edib. Aktiv xəstə sayı 26 min 999 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 982, bu günə qədər isə ümumilikdə 5 milyon 509 min 701 test icra olunub.

Noyabrın 27-də Azərbaycanda 33 min 190 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 805 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 23 min 554 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 460 min 120, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 71 min 264, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 555 min 457 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 833 min 399 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr