Hulusi Akarla Zakir Həsənov arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

1734781
Hulusi Akarla Zakir Həsənov arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədindəki vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Nazir Hulusi Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətininin məlumatına görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən Azərbaycan bölmələri istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Azərbaycan Ordusunun bölmələri Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə adekvat tədbirlər görür.



Әlaqәli Xәbәrlәr