Qazaxıstan ilə Türkmənistan arasında dövlət sərhədləri haqqında saziş imzalanıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkmənistana rəsmi səfəri zamanı müxtəlif sahələrdə ikitərəfli sənəd, o cümlədən dövlət sərhədinin delimitasiyası haqqında saziş imzalanıb.

1724813

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə tərəflər əldə etdikləri razılaşmalar arasında sərhədlərin hüquqi möhkəmləndirilməsinə dair müqavilələrin əhəmiyyətini vurğulayıblar.

Dövlət başçıları metallurgiya, maşınqayırma, neft-kimya, qida və əczaçılıq sənayesi, həmçinin kənd təsərrüfatı məhsulları, ilk növbədə, un və buğdanın tədarükünü artırmaq məsələlərini də müzakirə ediblər.

Görüşdə ayrıca Qazaxıstanın Türkmənistan qazının idxalını əhəmiyyətli dərəcədə artırmağa hazır olduğu qeyd edilib.

Tərəflər həmçinin regional və qlobal gündəlikdəki məsələləri də müzakirə ediblər.

Әlaqәli Xәbәrlәr