Füzuli Beynəlxalq Hava Limanı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq

Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək.

1724109
Füzuli Beynəlxalq Hava Limanı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq

Füzuli Beynəlxalq Hava Limanı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

Qeyd edək ki, işğaldan azad olunan Füzuli şəhərində, türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə hava limanı inşa olunub. Yanvarın 14-də təməli qoyulan hava limanında 3 000 metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. Bakı ilə Füzuli arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.

İlk rəsmi qarşılanma mərasimi Ərdoğan üçün təşkil ediləcək. Prezident Rəcəb Tayyib Ərdoğan işgaldan azad olunan torpraqlara ilk rəsmi səfər gerçəkləşdirən dövlət başçısı olub. Füzuli Beynəlxalq Hava Limanı oktyabrın 26-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbirlə istifadəyə veriləcək.

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində çıxış edəcək.

Bu, dövlət başçısının son 1 ildə Azərbaycana 3-cü səfəridir. Ərdoğan bundan əvvəl 9 dekabr 2020-ci il və 15 iyun 2021-ci ildə də Azərbaycana rəsmi səfər edib.



Әlaqәli Xәbәrlәr