Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 oktyabr 2021)

Son sutkada koronavirus infeksiyasına 2036 yeni yoluxma faktı qeydə alınıb.

1724122
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2036 yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6894 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 827 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 325, bu günə qədər isə ümumilikdə 5 milyon 108 min 298 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 29 559 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 548 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 145 təşkil edir.



Әlaqәli Xәbәrlәr