Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 oktyabr 2021)

Azərbaycanda son sutkada 2315 nəfər "Covid-19"a yoluxub

1723926
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 oktyabr 2021)

Azərbaycanda son sutkada 2315 nəfər "Covid-19"-a yoluxub, 22 nəfər ölüb.

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2315 yeni yoluxma faktı qeydə alınıb, 981 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 514289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483559 nəfər müalicə olunaraq sağalıb, 6869 nəfər vəfat edib, aktiv xəstə sayı 23861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14053, ötən müddət ərzində isə ümumilikdə 5095973 test aparılıb.

Oktyabrın 23-də Azərbaycanda 33 min 186 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 min 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 539 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 353 min 744, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 43 min 147, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 310 min 597 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr