Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 oktyabr 2021)

Azərbaycanda son sutkada koronavirus (Covid-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb.

1723143
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 oktyabr 2021)

Azərbaycanda son sutkada koronavirus (Covid-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 337 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, bu günə qədər isə ümumilikdə 5 069 352 test icra olunub.

Oktyabrın 21-də Azərbaycanda 32 min 200 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 min 716 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 289 min 672, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 7 min 726, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 281 min 946 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr