Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 oktyabr 2021)

Azərbaycanda son sutkada 2303 nəfər "Covid-19"a yoluxub.

1722597
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 oktyabr 2021)

Azərbaycanda son sutkada 2303 nəfər "Covid-19"-a yoluxub, 16 nəfər ölüb.

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 2 303 yeni yoluxma faktı qeydə alınıb, 1 010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib, aktiv xəstə sayı 20363 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddət ərzində isə ümumilikdə 5 056 819 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 31389 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9257472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4991242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4266230 təşkil edir.



Әlaqәli Xәbәrlәr