Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 oktyabr 2021)

Azərbaycanda daha 1245 nəfər "Covid-19"a yoluxub.

1721370
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 oktyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib, aktiv xəstə sayı 17862 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddət ərzində isə ümumilikdə 5 032 555 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 591 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 195 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 təşkil edir.



Әlaqәli Xәbәrlәr