Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 oktyabr 2021)

Azərbaycanda daha 1013 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.

1717016
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 oktyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6638 nəfər vəfat edib, aktiv xəstə sayı 12 631 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9664, ötən müddət ərzində isə ümumilikdə 4 932 673 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 38789 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25668 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8923055, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4863636, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4059419 təşkil edir.



Әlaqәli Xәbәrlәr