Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 oktyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 1244 nəfər sağalıb.

1716467
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1013 yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 489 min 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 min 665 nəfər müalicə olunaraq sağalıb, 6 min 625 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 936 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 853, bu günə qədər isə ümumilikdə 4 milyon 923 min 9 test icra olunub.

Oktyabrın 7-də Azərbaycanda 42 min 746 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 573 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 884 min 266, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 850 min 515, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 33 min 751 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr