Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 oktyabr 2021)

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 sentyabr 2021)

1713503
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 689 yoluxma faktı qeydə alınıb, 1816 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 484 min 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 min 738 nəfər müalicə olunaraq sağalıb, 6 min 543 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 310 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 558, bu günə qədər isə ümumilikdə 4 milyon 868 min 573 test icra olunub.

Oktyabrın 1-də Azərbaycanda 68 min 732 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 121 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 623 min 360, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 778 min 843, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 844 min 517 nəfər təşkil edir.

 

 

 



Әlaqәli Xәbәrlәr