Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2114 nəfər sağalıb.

1711754
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 885 yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 min 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 min 82 nəfər müalicə olunaraq sağalıb, 6 min 498 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 706 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 525, bu günə qədər isə ümumilikdə 4 milyon 839 min 863 test icra olunub.

Sentyabrın 28-də Azərbaycanda 67 min 400 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 min 43 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 417 min 975, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 730 min 132, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 687 min 843 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr