Vətən müharibəsinin birinci ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilir.

1710933
Vətən müharibəsinin birinci ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
azerbaycan sehitleri anma gunu.jpg
AZERBAYCAN1.jpg

Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi və şəxsi heyət tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunur, ulu öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilir, dövlət himnimiz ifa olunur.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilir.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədə rolu, döyüş iştirakçılarının igidlik və qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılır, şəhidlərin xatirələrinin yaddaşlarda əbədi yaşayacağından danışılır.



Әlaqәli Xәbәrlәr