Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

1710987
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirilib
AZERBAYCAN3.jpg
Azerbaycan2.jpg
AZERBAYCAN1.jpg

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlara ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

üzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Dövlət başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Yerli vaxtla saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təməlqoyma mərasimindən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərindən fasiləsiz fit səsi verilib, toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.



Әlaqәli Xәbәrlәr