TBMM-nin sədri Mustafa Şentop Türk iş dünyasının nümayəndələri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qazaxıstanda fəaliyyət göstərən Türk iş dünyası və investisiya dünyasının nümayəndələri ilə görüşüb.

1710722
TBMM-nin sədri Mustafa Şentop Türk iş dünyasının nümayəndələri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və onu müşayiət edən Parlament heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının 10. Baş Məclisini keçirmək məqsədilə gəldikləri Qazaxıstanda təmaslarının ilk günündə, paytaxt Nur Sultanda Türk iş adamlarıyla bir araya gəlib.

Mustafa Şentop görüşdə sonuncu dəfə 2019 -cu ildə Qazaxıstana rəsmi səfər etdiyini söyləyib.

Bu dəfə iki səbəbdən burada olduğunu ifadə edən Şentop "Birincisi ikitərəfli bir səfərdir. Bu səbəbdən paytaxt Nur Sultanına gəldik. Sabah Qazaxıstan Parlamentinin sədri, Senat Başçısı ilə görüşlərimiz olacaq. 

Türkiyə ilə Qazaxıstan əlaqələrinin çox yaxşı səviyyədə olduğuna diqqət çəkən Şentop, “Qazaxıstan müstəqilliyini elan etdiyi ilk gün Türkiyə müstəqilliyini tanıdı. Eyni zamanda diplomatik əlaqələr quran ilk ölkədir. O gündən bu günə qədər Qazaxıstanla hər sahədə dostluq və qardaşlıq münasibətlərimizi qoruyub saxlamışıq" deyib.

Türkiyənin tezislərə yanaşması baxımından hər zaman Qazaxıstanın dəstəyini aldıqlarını deyən Şentop Qazaxıstanla bir çox mövzuda yaxın görüşlərə sahib olduqlarını ifadə edərək, "Yaxın etnik mənsubiyyətimiz səbəbiylə qurduğumuz ortaq təşkilatlar da var. Bunlardan biri TÜRKPA -dır. Əlaqələrimizi yaxşı vəziyyətdə saxlayırıq" deyə qeyd edib. 

Qazaxıstanla iqtisadi əlaqələrin də çox möhkəm təməllərə söykəndiyini qeyd edən Şentop "Epidemiya zamanı ticarət həcmimizdə bir azalma yoxdur, artım var. Əvvəlki illərlə müqayisədə 50 faiz artım qeydə alınıb. Prezidentlərimiz tərəfindən təyin olunan 10 milyard dollarlıq hədəfə çatdıq" deyib.

Şentop mədəniyyət sahəsində də ikitərəfli fəaliyyətlərin davam etdiyini ifadə edərək bunları söyləyib:

"Həm TİKA, həm də Yunus Emre İnstitutu öz işlərini davam etdirir. İki ölkənin ortaq layihəsi olaraq Əhməd Yəsəvi Universiteti fəaliyyətini davam etdirir. Bütün bu sahələrdə daha çox əməkdaşlığa və birgə fəaliyyətə ehtiyac var. Bütün bunları həmsöhbətlərimizə bildirəcəyik.



Әlaqәli Xәbәrlәr