Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 sentyabr 2021)

Son sutkada koronavirus infeksiyasından 1241 nəfər sağalıb.

1711157
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (27 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 558 yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481 min 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 min 968 nəfər müalicə olunaraq sağalıb, 6 min 476 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 min 957 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 684, bu günə qədər isə ümumilikdə 4 milyon 830 min 338 test icra olunub.

Sentyabrın 27-də Azərbaycanda 630 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 350 min 575, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 713 min 775, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 636 min 800 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr