Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 sentyabr 2021)

Son sutkada Azərbaycanda "Covid-19" infeksiyasına 1029 yoluxma faktı qeydə alınıb.

1710646
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (26 sentyabr 2021)

Azərbaycanda koronavirus (Covid-19) infeksiyasına 1 029 yeni yoluxma faktı qeydə alınıb, 2 680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 480 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 457 nəfər vəfat edib, aktiv xəstə sayı 22 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 151, ötən müddət ərzində isə ümumilikdə 4 823 654 test aparılıb.

Sentyabrın 26-da Azərbaycanda 56 355 nəfər vaksinasiya olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 654, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 701 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 349 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 750, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 636 195 təşkil edir.

 



Әlaqәli Xәbәrlәr