Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2404 nəfər sağalıb.

1710439
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (25 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1099 yoluxma faktı qeydə alınıb, 2404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 min 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 449 min 47 nəfər müalicə olunaraq sağalıb, 6 min 433 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 334 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 274, bu günə qədər isə ümumilikdə 4 milyon 814 min 503 test icra olunub.

Sentyabrın 25-də Azərbaycanda 65 min 861 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 643, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 min 218 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 293 min 590, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 700 min 96, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 593 min 494 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr