Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2590 nəfər sağalıb.

1710261
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1128 yoluxma faktı qeydə alınıb, 2590 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 478 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 min 643 nəfər müalicə olunaraq sağalıb, 6 min 415 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 657 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 505, bu günə qədər isə ümumilikdə 4 milyon 802 min 229 test icra olunub.

Sentyabrın 24-də Azərbaycanda 58 min 256 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 440 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 227 min 729, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 683 min 453, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 544 min 276 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr