Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 sentyabr 2021)

Azərbaycanda son sutkada 1594 nəfər "Covid-19"a yoluxub.

1708788
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (21 sentyabr 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1594 yeni yoluxma faktı qeydə alınıb, 2543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 65 849 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 112 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 043 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 636 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 406 844 təşkil edir.



Әlaqәli Xәbәrlәr