Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 2442 nəfər sağalıb.

1708282
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 740 yoluxma faktı qeydə alınıb, 2442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 473 min 459 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 436 min 537 nəfər müalicə olunaraq sağalıb, 6 min 327 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 595 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 103, bu günə qədər isə ümumilikdə 4 milyon 751 min 264 test icra olunub.

Sentyabrın 20-də Azərbaycanda 1025 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 977 min 574, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 619 min 842, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 357 min 732 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr