Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 sentyabr 2021)

Son sutkada Azərbaycanda "Covid-19" infeksiyasına 1734 yoluxma faktı qeydə alınıb.

1707786
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (19 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1734 yoluxma faktı qeydə alınıb, 3378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 472 min 719 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 434 min 95 nəfər müalicə olunaraq sağalıb, 6 min 305 nəfər vəfat edib. Aktiv xəstə sayı 32 min 319 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 780, bu günə qədər isə ümumilikdə 4 milyon 744 min 161 test icra olunub.

Sentyabrın 19-da Azərbaycanda 51 min 300 nəfər yeni növ koronavirus  infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 826 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 976 min 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 619 min 432, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 357 min 117 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr