Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 sentyabr 2021)

Azərbaycanda koronavirus infeksiyasına 2042 yeni yoluxma faktı qeydə alınıb.

1707583
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2042 yoluxma faktı qeydə alınıb, 3224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470 min 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 min 717 nəfər müalicə olunaraq sağalıb, 6 min 280 nəfər vəfat edib. Aktiv xəstə sayı 33 min 988 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 666, bu günə qədər isə ümumilikdə 4 milyon 731 min 381 test icra olunub.

Sentyabrın 18-də Azərbaycanda 61 min 657 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 431 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 925 min 249, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 605 min 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 319 min 291 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr