Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb.

1706575
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (15 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2064 yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 465 min 390 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 420 min 25 nəfər müalicə olunaraq sağalıb, 6 min 195 nəfər vəfat edib. Aktiv xəstə sayı 39 min 170 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 972, bu günə qədər isə ümumilikdə 4 milyon 690 min 82 test icra olunub.

Sentyabrın 15-də Azərbaycanda 65 min 424 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 min 363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 61 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 745 min 851, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 551 min 501, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 194 min 350 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr