Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb.

1706239
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (14 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2077 yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 min 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 min 194 nəfər müalicə olunaraq sağalıb, 6 min 167 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 min 965 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 991, bu günə qədər isə ümumilikdə 4 milyon 675 min 110 test icra olunub.

Sentyabrın 14-də Azərbaycanda 69 min 221 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 23, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 198 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 680 min 427, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 530 min 138, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 150 min 289 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr