Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 sentyabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1704793
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (8 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 2557 yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 450 min 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 min 569 nəfər müalicə olunaraq sağalıb, 5 min 959 nəfər vəfat edib. Aktiv xəstə sayı 50 min 754 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 220, bu günə qədər isə ümumilikdə 4 milyon 593 min 820 test icra olunub.

Sentyabrın 8-də Azərbaycanda 64 min 33 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 483 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 371 min 182, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 418 min 214, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 952 min 968 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr