Qırğızıstanın keçmiş prezidenti ölkəsinə gətirilib

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.

1684269
Qırğızıstanın keçmiş prezidenti ölkəsinə gətirilib

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.

Yerli mətbuatın təhlükəsizlik qüvvələrinə əsaslandırdığı xəbərinə görə, qurucu prezident Akayevin Milli Təhlükəsizlik Dövlət Komitəsinin fəaliyyətləri nəticəsində Bişkekə aparıldığı bildirilib. 

Akayevin Bişkekdəki Manas Beynəyxalq Hava Limanından götürülərək Milli Təhlükəsizlik Komitəsi binasına aparıldığı və Kumtor qızıl mədəni ilə əlaqədar istintaq çərçivəsində barəsində iş başlatdığı qeyd edilib. 

Bir müddət əvvəl Əsgər Akayev Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır. Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur.

Qeyd edək ki, Qırğız Respublikasının sabiq prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl filizi yatağının fəaliyyəti ilə bağlı iş üzrə beynəlxalq axtarışa veriliblər. Əsgər Akayev 1991-ci il avqustun 31-dən 2005-ci il aprelin 11-dək Qırğızıstanın Prezidenti olub.

 



Әlaqәli Xәbәrlәr