FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb

Qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

1683922
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyəyə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə çatıb.

Qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Qeyd edək ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıb.

Bu çətin günlərdə, alovun evlərimizi yandırdığı bir vaxtda yanımızda olduqlarına görə Azərbaycana, bütün qardaşlarımıza təşəkkür edirik.

Bunu isə, daxili işlər naziri Süleyman Soylu Marmarisdə yanğın böhranı bölgəsində azertac-ın xüsusi müxbirinə açıqlamasında bildirib.

Nazir bildirib: “Antalyada, Muğlada tüğyan edən yanğınların söndürülməsinə həm duaları, həm də verdikləri dəstəklə yanımızda olan bütün Azərbaycana minnətdarıq”.



Әlaqәli Xәbәrlәr