Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 avqust 2021)

Azərbaycanda koronavirus infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb.

1684255
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 avqust 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 431 yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 267 nəfər müalicə olunaraq sağalıb, 5 min 30 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 654 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 238, bu günə qədər isə ümumilikdə 4 milyon 49 min 978 test icra olunub.

Avqustun 2-də Azərbaycanda 844 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 41 min 622, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 924 min 126, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 496 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr