Azərbaycan Müdafiə Nazirliyi: Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilib.

1683867
Azərbaycan Müdafiə Nazirliyi: Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.



Әlaqәli Xәbәrlәr