Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqeləri yenidən atəşə tutub.

1681862
Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Mövqelərə tərəf 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.



Әlaqәli Xәbәrlәr