Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar

Nümayəndə heyətlərinin səfəri bu gün başa çatacaq.

1682114
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində iyulun 29-da Cıdır düzündə olublar.

Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qeyd edək ki, nümayəndə heyətlərinin səfəri bu gün başa çatacaq.

TBMM-nin sədri Mustaf Şentop özünün tviter səhifəsində belə yazıb: "Bakıdan Şuşaya Zəfər yolu ilə gəldik. Bu, Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etmək üçün istifadə etdiyi yoldur. Yol hələ tikilməkdədir. Müharibənin izləri hələ də canlıdır. Altı saata Şuşaya çatdıq. Bu yol bir neçə aya tamamlanacaq və adı qədər möhtəşəm olacaq".



Әlaqәli Xәbәrlәr