Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzulidə olublar

Səfər çərçivəsində parlament sədrləri ermənilərin işğal dövründə Füzulidə törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olublar.

1682312
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Füzulidə olublar

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfəri başa çatıb.

Parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri Şuşadan Füzuliyə yola düşüblər.

Nümayəndə heyətlərinin üzvlərinə Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar, həmçinin Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar erməni vandalları tərəfindən dağıdılan Füzuli Mədəniyyət Evi-Dram Teatrının, Arxiv İdarəsinin binalarına baxış keçirdikdən sonra Füzuli Beynəlxalq Hava Limanı, həmçinin “Füzuli” yarımstansiyası ilə tanış olublar.



Әlaqәli Xәbәrlәr